Posted 9 hours ago
91.71K followers
33.4K views
524 likes
20 comments
55 shares
BTV Xəbər bildirir ki, rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşı ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edilməsi ilə bağlı iddialarını sosial şəbəkədə paylaşdığı açıqlama ilə əsaslandırmağa çalışıb. Qadının sözlərinə görə, məsələni ictimailəşdirməsinin səbəbi keçmiş həyat yoldaşının məhkəmə tərəfindən 1 500 manat cərimələnməsi və əlavə cəza almaması olub. O, keçmiş həyat yoldaşının onu universitetə getməyə qoymadığını, adına təhsil tələbə krediti götürməyə məcbur etdiyini və müxtəlif hallarda fiziki və psixoloji zorakılığa məruz qoyduğunu iddia edib. Qadın həmçinin baş verənlərlə bağlı fotoşəkillər və digər sübutların olduğunu bildirib. Qeyd edək ki, səsləndirilən iddialar qarşı tərəfin mövqeyi və hüquqi qiymətləndirmə ilə birlikdə araşdırılmalıdır. Müəllif: Fatimə Əliyeva © 2026 BTV Xəbər. Bütün hüquqlar qorunur. 📞 Qaynar xətt: 060 212 03 03 ✉️ E-mail: [email protected] 🌐 www.btvxeber.com #btv #btvxəbər #nicatazadlı #zorakılıq #iddia