Posted 1 week ago
242.78K followers
360.7K views
13.3K likes
323 comments
671 shares
Məhkum 14 saylı CÇM-də qanunsuzluqları ifşaladığı üçün cəzalandırılır? Məhkum anası oğlunun cərimə təcridxanasına salınmasından şikayət edir. Deyir ki, ona oğlunun başqa məkumla dalaşdığı deyilir, o isə buna inanmır. Ana və oğul TikTok-da onlarla qanunsuzluqları ictimailəşdiriblər. İddia edirlər ki, bura ilk gələnləri karantinə alandan sonra, 320 manat qoparmaq üçün onlara siqaret belə vermirlər. Məhkuma gətirilən hər yüz manatdan 10 manat faiz tutulur, sovqatlardan götürülür, açıq görüş 50-100 manat arası, uzunmüddətli görüşün günü 30 manatdır. Məhbus Əlibala Musayevin adından dərc olunan yazılardakı iddiaları müxtəlif vaxtlarda həbsxanadakı jurnalistlər də təkrarlayıblar.